Ru
08:46 / 14 Avqust 2025

Bəxtiyar Paşa yüksək vəzifəyə təyin edildi

Bəxtiyar Paşa yüksək vəzifəyə təyin edildi
Eye

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığında xidmət edən 119 generalın, Hərbi Hava Qüvvələri Komandanlığında 31 generalın, Hərbi Dəniz Qüvvələri Komandanlığında isə 35 admiralın vəzifələri dəyişib.

Bakupost.az xəbər verir ki, sərəncam Türkiyənin "Resmi Gazete"sində dərc olunub.

Sərəncama əsasən, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersay Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib.

Qeyd edək ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib.

Xatırladaq ki, Bəxtiyar Ersay 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar