Ru
16:04 / 07 Dekabr 2016

Bəxtiyar Vahabzadənin səfir oğlu niyə geri çağırıldı?

Bəxtiyar Vahabzadənin səfir oğlu niyə geri çağırıldı?
Eye

Xəbər verdiyimiz kimi, dünən İsfəndiyar Vahabzadə Belarus
Respublikasındakı fövqəladə və səlahiyyətli səfir, eyni zamanda Azərbaycanın
Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli
nümayəndə vəzifəsindən geri çağırılıb.


Onun Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana
səfərindən sonra vəzifədən alınması isə marağa səbəb olub.


Politoloq Qabil Hüseynli BakiPost.az-a İ. Vahabzadənin
səfir vəzifəsindən geri çağırılması məsələsini şərh edib. Bildirib ki, onun
geri çağırılması diplomatik fəaliyyətdən uzaqlaşdırılması demək deyil: "İsfəndiyar
Vahabzadə artıq 20 ilə yaxındır ki, diplomatik işlə məşğul olur. Onun
Belarusiyadan geri çağırılması hələ diplomatik fəaliyyətdən uzaqlaşdırılması
demək deyil. Görünür Belarusiya ilə bizim aramızda iqtisadi əlaqələr daha da
canlanmaqdadır. Bu səbəbdən oradakı diplomatik korpusun fəaliyyətini daha da
gücləndirmək tələb olunur. Amma səfirimizin geri çağırılmasının əsas səbəbi orada
5 ilə yaxın işləməsidir. Diplomatların yeri 5 ildən bir dəyişdirilir”.


Məlumat üçün bildirək ki, İsfəndiyar Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.


Qeyd edək ki, dünən prezident İlham Əliyev İsfəndiyar
Vahabzadənin Azərbaycanın Belarusdakı
fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilməsi haqda sərəncam
imzalayıb. O, bu vəzifəyə 2011-ci ildə təyin edilib.

 

Nigar

Bakı Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar