"Bəylik kostyumu evdə qaldı" - Məsciddə öldürülən gənclə bağlı TƏFƏRRÜATLAR
1024
Xəbər verdiyimiz kimi, iyulun 26-na keçən gecə paytaxtın Bülbülə qəsəbəsində yerləşən İmam Məhəmməd Sadiq İmamzadə məscidində qətl törədilib.
Bakupost.az xəbər verir ki, gecə saat 05 radələrində 1990-cı il təvəllüdlü Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə qətlə yetirilib. 32 bıçaq xəsarəti alan şəxs hadisə yerində ölüb.
Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elvin Məmmədov polis tərəfindən saxlanılıb.