"Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" qərara dəyişiklik edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında dəyişiklik edilib.
Belə ki, "Memarlıq abidələri" bölməsində Cuğa sözü Gülüstan ilə əvəz edilib.
Həmçinin Xocavənd rayonu üzrə dəyişikliklər aşağıdakı kimidir:
Traxtik - Zoğalbulaq
Sakuri - Hünərli
Süsənlik - Susanlıq
Xsaberd - Çaylaqqala
Sur - Sor
Mestağlar - Böyük Tağlar
Qavaxan - Gavahın
Qatsi - Çörəkli
Maçqalaşen -Cütçü
Sitoraşen - Şıx Dursun
Tağavard - Tağaverd
Niki - Cəmiyyət
Xocalı rayonu üzrə:
Çanaxçı - Çanaqçı
Xansıx - Xanyeri
Maşxmaat - Baharlı
Anabert - Xanabad
Tovuz rayonu üzrə:
Kirzan - Hunanlar
Culfa rayonu üzrə:
Əbrəqunis - Əbrəqunus
Kirnə - Kırna
Camaldin - Camaldın
"Gülüstan" Tarix-Mədəniyyət Qoruğu üzrə
Cuğa -Gülüstan
Ordubad rayonu üzrə
Dər - Darkənd