Ru
11:16 / 24 Noyabr 2025

“Binaya yerin altından qaz sızıb” – Plaza sahibi

“Binaya yerin altından qaz sızıb” – Plaza sahibi
Eye

“Hesab edirlər ki, hadisə qazsızmasından baş verib. Amma bu binada qaz yoxdur”.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev açıqlamasında deyib.

Plaza sahibi iddia edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən “AFEN Plaza” biznes mərkəzində güclü partlayış baş verib. TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar