Ru
11:54 / 24 Noyabr 2025

“Calaq düzgün olunmayıb, sızma baş verib” – KOMENDANT DANIŞDI – VİDEO

“Calaq düzgün olunmayıb, sızma baş verib” – KOMENDANT DANIŞDI – VİDEO
Eye

“İki-üç gün öncə ərazidə aparılan qazma işləri zamanı qaz xətti zədələnmişdi. Həmin hissəyə calaq qoyuldu. Ola bilsin, düzgün calanmayıb və sızma olub”.

Bakupost.az xəbər verir ki, bu sözləri partlayış baş verən “AFEN Plaza” biznes mərkəzinin komendantı Amil Bağırov açıqlamasında deyib.

O ehtimal edir ki, calaq düzgün edilmədiyi üçün qaz sızması baş verib: “Buna görə də işçi gəlib işığı yandıran zaman partlayış baş verib”.

Komendantın sözlərinə görə, yaralananlar arasında həyati təhlükəsi olan yoxdur: “Yaralananların xəsarəti çox da ciddi deyil. Hadisə baş verəndə burada idim, partlayış səsini eşitdim”.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar