Alimlərin apardığı son araşdırmalar Yerin fırlanma sürətində tədricən dəyişiklik baş verdiyini ortaya çıxarıb. Məlum olub ki, bir günün uzunluğu düşündüyümüz kimi sabit – yəni 24 saat deyil. Uzaq gələcəkdə isə bir sutkanın 25 saata qədər uzanması ehtimal edilir.
Bakupost.az xəbər verir ki, bu barədə "The Daily Galaxy" məlumat yayıb.
Bildirilib ki, elmi baxımdan bir gün, yəni Yerin öz oxu ətrafında tam dövrə vurması 23 saat 56 dəqiqə və 4 saniyə çəkir. Bu fərq hər dörd ildən bir fevralın 29-u əlavə olunaraq tənzimlənir.
Planetin fırlanma sürəti zamanla yavaşladığı üçün gələcəkdə günlərin uzunluğu arta bilər. Bu dəyişiklik yaxın zamanlarda hiss olunmasa da, minlərlə il sonra insan həyatına birbaşa təsir göstərə bilər.
Aysel,
BakuPost