Xalq artisti Brilliant Dadaşovanın bacısı qızı, mərhum sənətkar Rafel Dadaşovanın qızı, müğənni Səidə Dadaşova barəsində RTV-yə müsahibəsində dedikləri gündəm olub.
Səidə Dadşova xalasının onun narəsindı söylədikləri ilə bağlı geniş açıqlama hazırlayır.
Bakupost.az xəbər verir ki, bu barədə müğənni özü Lent.az-a bildirib.
Səidə Dadaşova xalasının onun, daha doğrusu həyat yoldaşı Məhəmməd Şamilovun barəsində dediklərinə dair qısaca fikir bildirmək istəmədi. Bu hadisə ilə bağlı nə təsdiq, nə də inkar formasında cavab verməyə tələsmədi. O, bir azdan bu mövzuda geniş açıqlama verəcəyini bildirib.
Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova Səidə Dadaşovanın əri tərəfindən zorakılığa məruz qaldığını bildirib. "Səidə o qədər düzgün, yaxşı qızdır ki... Səidə efirdə deyir ki, anam mənim evimə gəlmir, uşağımı görmək istəmir. Anası Səidəyə zəng vurub deyib ki, sənə bujiteriya almışam. Əri də zən edərək, "Əgər bizə gəlsən sənin ayaqlarını qıraram", deyib. Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?
Məsələ əndazədən çıxdığına görə bunları açıqlayıram. Səidə indi ağlayır, gözyaşlarının səbəbi odur ki, ərim dediyi adam 2 ay əvvəl onun qabırğalarını sındırıb. Səidə də atasının 50 illik dostuna zəng edib ki, 102-yə zəng etdim, gəldi yenə məni döydü, məni bunun əlindən alan yoxdur. Səidə məcbur qalıb deyib ki, stuldan yıxılmışam.
Əgər Səidənin başından bir tük əskik olsa, səs yazıları əlimdədir, onu öyrədib televiziya çıxarıb, Dadaşovların adını hallandırsanız, mən hökumətimizə ərizə yazacağam" deyə Brilliant Dadaşova qeyd edib.