Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması ölkəmizin əhəmiyyətli diplomatik uğurlarındandır.
Bakupost.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu sözləri APA-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, digər 4 anklavın - Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılması daim diqqət mərkəzindədir.
"Bu məsələ delimitasiya komissiyaları çərçivəsində öz həllini tapmalıdır”, - Ayxan Hacızadə qeyd edib.