Ru
22:57 / 02 Sentyabr 2025

BMT TŞ-yə sədrlik Koreya Respublikasına keçdi

BMT TŞ-yə sədrlik Koreya Respublikasına keçdi
Eye

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik sentyabr ayı üzrə Koreya Respublikasına keçib.

Bakupost.az Report-a istinadla xəbər verir ki, Koreya Respublikasının BMT-dəki müvəqqəti işlər vəkili səfir Sanqjin Kim Nyu-Yorkda jurnalistlər üçün keçirdiyi brifinqdə TŞ-nin sentyabr ayı üzrə gündəliyini açıqlayıb.

Diplomat bildirib ki, Koreya üçün sədrlik böyük şərəfdir və ölkə beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına fəal töhfə verməyə davam edəcək:

"Dünyada yeganə bölünmüş ölkə kimi biz sülhün əsl dəyərini hamıdan yaxşı anlayırıq. Sentyabr ayında Təhlükəsizlik Şurasına sədrlik etmək bizim üçün xüsusi məsuliyyətdir və bütün üzvlərlə birgə səmərəli işləməyə hazırıq".

Onun sözlərinə görə, ay ərzində şura bir sıra mühüm məsələləri - süni intellektin beynəlxalq təhlükəsizliyə təsiri, Yaxın Şərqdə vəziyyət, Sudan və Haiti ilə bağlı sənədlər, habelə BMT-nin sülhməramlı əməliyyatlarının gələcək fəaliyyəti kimi məsələləri müzakirə edəcək.

Mətbuat konfransında səfirə Şimali Koreyada insan haqlarının vəziyyəti ilə bağlı da sual ünvanlanıb. Sanqjin Kim bildirib ki, bu məsələ ötən il və cari ildə TŞ-də müzakirə olunub, lakin yaxın vaxtlarda açıq iclas və ya brifinq keçirilməsi planlaşdırılmır:

"Mövqeyimiz dəyişməyib, Şimali Koreyada insan haqlarının yaxşılaşdırılması istiqamətində işləmək vacibdir. Koreya humanitar yardım fəaliyyətini də davam etdirir və Şimali Koreya xalqının əziyyətlərinin azaldılması üçün dəstəyini əsirgəmir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar