Ru
16:38 / 29 Oktyabr 2025

Boşalan evlər MİDA-ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq - İqtisadçı

Boşalan evlər MİDA-ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq - İqtisadçı
Eye

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevlax Yaşayış Kompleksləri üzrə güzəştli mənzillərin növbəti satışını elan etdi. Bildirildi ki, dekabrın 8-də 627 mənzil satışa çıxarılacaq.

Bu satış ölkədə mənzil bazarında qiymətlərə təsir edəcəkmi?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirdi ki, MİDA-nın güzəştli evlərinin həcmi çox deyil və bunun əmlak bazarına təsiri hiss olunmayacaq.

Onun sözlərinə görə, MİDA-nın əhalinin müəyyən kateqoriyaları üçün nəzərdə tutulan sosial-mənzil satışı ilk dəfə deyil baş tutur:

"Keçən il də, ondan əvvəlki illərdə də satış həyata keçirib və bunun qiymətlərə heç bir təsiri olmayıb. Əksinə, qiymətlər getdikcə bahalaşıb”.

Bununla belə, iqtisadçı qeyd etdi ki, məcburi köçkünlərin işğaldan azad olunmuş torpaqlarda yerləşdirilməsinin mənzil qiymətlərinə təsiri gözlənilir:

“Əgər həmin insanlar üçün Bakıda tikilmiş evlər satışa çıxarılmaq üçün MİDA-ya təhvil verilsə, bu mənzillərin kütləvi satışının bazara ciddi təsiri olacaq”.

Cavid, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar