Avqustin 15-də Yaban Sea Breeze səhnəsində gürcü əsilli müğənni, bəstəkar və prodüser Brandon Stone möhtəşəm canlı ifaları ilə görüşünüzə gələcək.
Yaban Sea Breeze konsepti sadəcə istirahət məkanı olmaqla kifayətlənmir — bu, həm də dinclik və əyləncənin harmoniyasıdır. Bu mövsümdə Yaban Sea Breeze səhnəsində bir-birindən maraqlı sənətçilərlə yanaşı, xüsusi qonaq, dünyaca məşhur musiqiçi Brandon Stone-nun çıxışı da sizi gözləyir.
Əslən Tbilisidən olan Brandon Stone musiqi fəaliyyətinə gənc yaşlarından başlayıb. Almaniyada təhsil alan sənətçi burada həm akademik, həm də səhnə təcrübəsi qazanmışdır. Onun "На стиле и опасна" (Dəbli və təhlükəli), “За любовь" (Sevgi üçün), "Полюби себя" (Özünü sev), "Родители" (Valideynlər), "Она любит тебя" (O səni sevir) və digər hitləri dillər əzbəridir.
Yalnız Brandon Stone-un səsi deyil, Yaban Sea Breeze-in unikal atmosferi, dəniz mənzərəsi və yay enerjisi gecəni daha da özəl edəcək. Gecədə həmçinin, xüsusi menyu və əyləncəli proqram da təqdim olunacaq.
Bu, təkcə konsert deyil – bu, Brandon Stone ilə musiqinin və hisslərin görüş nöqtəsidir.
Qeyd edək ki, Brandon Stone ilə yanaşı, gecədə Azərbaycanın tanınmış müğənniləri də çıxış edəcək, canlı rəqs və şou nümunələri gecəyə rəng qatacaq.
Konsertə qatılacaq qonaqlar üçün 200 və 300 manatlıq menyular nəzərdə tutulub.
Yayın ən musiqili və ən səmimi axşamını qaçırmayın!
Tarix: 15 avqust 2025
Saat: 19:30
Məkan: Yaban Sea Breeze
Rezervasiya üçün: +994 50 763 67 24