Ru
09:07 / 14 Avqust 2025

Britaniyadan Ukraynaya hərbçi göndərməklə bağlı AÇIQLAMA

Britaniyadan Ukraynaya hərbçi göndərməklə bağlı  AÇIQLAMA
Eye

Böyük Britaniya hakimiyyəti Ukrayna ərazisində "istəkli ölkələr koalisiyası" təşəbbüsü çərçivəsində hərbi "sülhməramlı qüvvələrin" yerləşdirilməsi planlarından imtina edib.

Bakupost.az -ın məlumatına görə, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Britaniya hərbi rəhbərliyi artıq Ukraynaya 30 min nəfərlik kontingent göndərməyi planlaşdırmır. Bunun əvəzinə, ölkənin baş naziri Kir Starmer indi Qərbi Ukrayna üzərindəki hava məkanında təhlükəsizliyin təmin edilməsi, Ukrayna hərbçilərinin hazırlanmasına kömək və Qara dənizdə minatəmizləmə işlərini əhatə edən daha "realistik missiya"nı nəzərdən keçirir.

Xatırladaq ki, daha əvvəl "istəkli ölkələr koalisiyası" üzrə həmkarlarına müraciətində Starmer bildirmişdi ki, Britaniya döyüş əməliyyatları başa çatan kimi çəkindirmə qüvvələrinin yerləşdirilməsi planlarını dəstəkləməyə hazırdır.

Onu da qeyd edək ki, Ukrayna ilə bağlı onlayn görüşlər seriyası avqustun 13-də Almaniya Kansleri Fridrix Mertsin təşəbbüsü ilə keçirilib. Almaniya hökumətinin başçısı əvvəlcə ABŞ Prezidenti Donald Trampla gələcək məsləhətləşmələrin ilkin müzakirəsi üçün Ukraynanın ən yaxın Avropa müttəfiqləri ilə əlaqə saxlayıb. Daha sonra Amerika lideri və vitse-prezident Cey Di Venslə telekonfrans keçirilib. Bundan sonra kansler müzakirələrin nəticələrini "istəkli ölkələr koalisiyası" çərçivəsində müzakirə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar