Ru
11:21 / 19 Mart 2021

Bu cəzaçəkmə müəssisələrində məhbuslar azadlığa buraxıldı - YENİLƏNİB

5368

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində icra olunub.


Bakupost.az xəbər verir ki, 15 saylı cəzaçəkmə müəssisəsində 18 nəfər məhkuma arayışlar təqdim olunub və onlar azadlığa buraxılıb.


Daha 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılıb.


Əfv olunmuş şəxslər Prezident İlham Əliyevə təşəkkür ediblər.


Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub. Martın 19-u səhər saatlarından etibarən Prezidentin əfv sərəncamının icrasına başlanılıb.


***


Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində icra olunub.


Bakupost.az “Report”a istinadən xəbər verir ki, 7 saylı cəzaçəkmə müəssisəsindən sərəncam ümumilikdə 14 nəfərə şamil olunub.


Tədbir zamanı 8 məhkuma arayışlar təqdim edilib və onlar azadlığa buraxılıb. Sərəncama əsasən, 6 nəfər məhkumun cəzası isə yarıya endirilib.


Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam ümumilikdə 625 nəfərə şamil olunub.


***


Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində icra olunub.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, müəssisədən sərəncam şamil edilən 14 nəfərdən 13-ü azadlığa buraxılıb, 1 nəfərin isə cəzası azaldılıb.

Azadlığa buraxılanlardan 1 nəfər Rusiya vətəndaşıdır.

Sərəncamın icrası Ombudsman Aparatının nümayəndələri, dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.

***

Əfv sərəncamı 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, 4 saylı cəzaçəkmə müəssisəsindən sərəncam 12 nəfər qadına şamil edilib. Arayışlar təqdim olunandan sonra 11 qadın azadlığa buraxılıb. 1 qadının isə cəzası yarıya endirilib.

Sərəncamın icrası Azərbaycanın insan hüquqları üzrə Ombudsman Səbinə Əliyeva , dövlət qurumlarının, ədliyyə nazirinin yanında fəaliyyət göstərən İctimai Komitənin, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam, ümumilikdə, 625 nəfərə şamil olunub.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər