Ru
11:36 / 22 Oktyabr 2025

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm BƏYANAT: “Bu gündən hazırıq”

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm BƏYANAT: “Bu gündən hazırıq”
Eye

Ermənistan Baş naziri Nikol Paşinyan regionda yeni nəqliyyat əlaqələrinin qurulması ilə bağlı mühüm açıqlama verib.

Bakupost.az “Yerevan Today” portalına istinadən xəbər verir ki, Paşinyan Tbilisidə keçirilən V İpək Yolu Beynəlxalq Forumunda çıxışı zamanı Ermənistanın Türkiyə və Azərbaycan arasında yüklərin tranzitinə hazır olduğunu bəyan edib.

“Bu gündən etibarən Ermənistan ərazisi vasitəsilə Türkiyə və Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırıq,” – deyə Paşinyan bildirib.

Onun bu açıqlaması regionda iqtisadi və nəqliyyat əlaqələrinin normallaşması istiqamətində mühüm siyasi siqnal kimi qiymətləndirilir.

hesab edilir ki, bu bəyanat Cənubi Qafqazda kommunikasiya xətlərinin açılması və qarşılıqlı etimad mühitinin formalaşması baxımından yeni mərhələnin başlanğıcı ola bilər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar