Qurban Pirimov Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru təyin edilib.
Bakupost.az APA-ya istinadla xəbər verir ki, bu barədə mədəniyəti naziri Adil Kərimli əmr imzalayıb.
Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.
Qeyd edək ki, kinostudiyanın direktorunun vəzifələrini Azər Quliyev icra edirdi.
Xatırladaq ki, Qurban Pirimov bundan əvvəl Azərbaycan Kino agentliyində direktor müavini vəzifəsini icra edib.
O, Azərbaycanın tanınmış tarzəni Qurban Primovun nəvəsidir.