Ru
14:00 / 22 Oktyabr 2025

Pezeşkianı tənqid edənlərə oğlundan - Reaksiya

Pezeşkianı tənqid edənlərə oğlundan - Reaksiya
Eye

İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian atasını tənqid edənlərə cavab verib.

Bakupost.az xəbər verir ki, bu barədə o, teleqram kanalında paylaşım edib.

Yusif Pezeşkian bildirib ki, ölkədə nöqsanları və problemləri etiraf etmək “zəiflik göstərmək” deyil, əksinə islahatların başlanğıcıdır və prezident bu məsələdə dürüstlük nümayiş etdirir.

Onun sözlərinə görə, Pezeşkianın planı və gələcəyə baxışı var, ancaq onun ideyaları ictimaiyyətə düzgün çatdırılmır.
Ətraflı

“Öz çatışmazlıqlarını və zəifliklərini qəbul etməyən şəxs islahatlar üçün ümumiyyətlə heç bir addım atmayacaq. Bu gün idarəetməmizdə ən vacib problemlərdən biri odur ki, biz faktları insanlara dürüst təqdim etməmişik və ya əvvəlcədən gizlətmişik. Hansı şəraitdə olduğumuzu bilməliyik ki, hərəkətlərimizi mövcud şəraitə uyğunlaşdıra bilək. İndi laylay demək vaxtı deyil. Oyanmaq vaxtıdır”, - o yazıb.

Y.Pezeşkian atasının intellektual paradiqmasının onu tənqid edənlərin baxışından fərqli olduğunu söyləyib.

O əlavə edib ki, ölkədəki problemləri həll etmək üçün hökumət, parlament, məhkəmə, dini qurumlar və xalq birlikdə çalışmalıdır.

“Təkrarlanan üsullarla yeni nəticə gözləmək olmaz. Hərəkətə başlamaq üçün bəzən sistemin bəzi yerlərini silkələmək lazımdır”, - o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İranın “Vətən-e-Əmruz” qəzetində “Məsud Pezeşkianın zəifliyinin nəticələrinə baxış. Cənab prezident! Dayanın!” sərlövhəli məqalə dərc olunmuşdu. Məqalə müəllifi İran prezidentini ölkənin problemləri qarşısında zəiflik göstərməkdə ittiham etmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar