Suriyanın şimal-qərbində, İdlib yaxınlığında təhlükəsizlik qüvvələri ilə Fransadan gələn silahlı qrupların üzvləri arasında toqquşma olub.
Bakupost.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.
Telekanalın mənbəsi bildirib ki, Suriya təhlükəsizlik qüvvələri əcnəbi döyüşçülərin gizləndiyi düşərgəni mühasirəyə almaq və basqın etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Onların arasında Fransa hakimiyyəti tərəfindən axtarışa verilən fransalılar da da var.
Əməliyyat davam edir. Saxlanılanların və ölənlərin sayı ilə bağlı təfərrüatlar hələlik açıqlanmır.
Zaur, BakuPost