Ru
15:28 / 22 Oktyabr 2025

Zərdabda tiktoker həbs edildi

Zərdabda tiktoker həbs edildi
Eye

Zərdabda vətəndaş müraciətinin araşdırılmasına mane olan tiktoker həbs olunub.

Bakupost.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, oktyabrın 21-də Zərdab rayonunun Əlicanlı kəndindən daxil olmuş vətəndaş müraciəti ilə əlaqədar polis əməkdaşları həmin ünvanda olublar, müraciət üzrə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüblər.

Müraciət üzrə araşdırma və izahatların alınması zamanı kənd sakini, özünü fəal tiktoker kimi təqdim edən Laçın Əsədov tərəfindən əsassız ittihamlar və tələblər irəli sürülərək xidməti fəaliyyətə qəsdən maneə yaradılıb. O, intizama dəvət edilsə də, öz fəaliyyətini davam etdirib.

Buna görə L.Əsədov barəsində inzibati protokol tərtib edilib və müvafiq qərarla o, inzibati qaydada həbs olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar