Ru
16:41 / 22 Oktyabr 2025

Azərbaycana getməyə hazıram - Simonyan

Azərbaycana getməyə hazıram - Simonyan
Eye

“İstisna etmirəm ki, hansısa beynəlxalq formatlar çərçivəsində mən də Azərbaycana gedə bilərəm”.

Bakupost.az Modern.az-a istinadla xəbər verir ki, bunu oktyabrın 22-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

"Amma buna qədər müzakirə edilməli olan məsələlər var”, - deyən A.Simonyan Bakıda mühakimə olunan erməniləri missal göstərib.

Simonyan bildirib ki, Azərbaycan parlamentinin sədri ilə görüşündə ab-hava bir çox beynəlxalq həmkarları ilə müqayisədə daha yaxşıdır.

O, əlavə edib ki, Azərbaycan parlament sədrinin sülhə sadiqliyini görüb.

“İkimiz də münaqişənin birdəfəlik bitməsini istəyirik”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar