Ru
18:09 / 22 Oktyabr 2025

İtaliya Fələstini tanımaq üçün şərtini açıqladı

İtaliya Fələstini tanımaq üçün şərtini açıqladı
Eye

İtaliya Qəzza zolağının gələcək administrasiyası üçün kadr hazırlığını davam etdirəcək, lakin Fələstin dövlətini yalnız HƏMAS tərksilah edildikdən sonra tanıyacaq.

Bakupost.az "La Repubblica"ya istinadən xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Giorgia Meloni bildirib.

"İtaliya beynəlxalq sabitləşdirmə missiyasında iştirak etməyə və polis qüvvələrinin hazırlanmasında Fələstin Muxtariyyətinə dəstək verməyə hazırdır", - Meloni vurğulayıb.

O deyib ki, ABŞ prezidenti Donald Trampın planına görə, Fələstinin tanınması yalnız Həmas Qəzzanın idarəçiliyindən geri çəkildikdən sonra mümkündür.

Meloni həmçinin bildirib ki, İtaliya Qəzzadan infrastrukturun bərpasına yardım etməyə və onun yenidən qurulması ilə bağlı Qahirədəki konfransa birgə ev sahibliyi etməyə hazırdır.

Zaur, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar