Xəbər verdiyimiz kimi, İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub.
Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva yer alıblar.
Xatırladaq ki, sözügedən görüşdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da iştirak edib.