Cəmil Həsənli yazılarının birində qeyd edir ki, 1982-ci ildə Kamran Bağırovun Azərbaycana rəhbər seçilməyinin yanlış olduğunu Heydər Əliyev SSRİ Nazirlər Sovetindəki iş otağında Ramiz Mehdiyevlə söhbətində etiraf etmişdi.
Bakupost.az xəbər verir ki, bu sözləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, tanınmış jurnalist Alqış Musayev qeyd edib.
“Məzmunu, detalları bir kənara qoyaq. Heydər Əliyevin SSRİ Nazirlər Sovetindəki kabinetində Ramiz Mehdiyevlə olan söhbətinin nədən və kimdən getdiyini Cəmil Həsənli hardan və kimdən öyrənə, eşidə bilərdi?..” - o vurğulayıb.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun müddət mübarizə aparan A.Musayev 2008-ci ildə rəhbərlik etdiyi “Yeni Azərbaycan” qəzetindən kənarlaşdırılmışdı. Sabiq millət vəkili bir də R.Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan sonra, 2021-ci ildə “Yeni Azərbaycan” qəzetinə baş redaktor qayıtdı.
A.Musayev Milli Şuranın 2019-cu il 19 oktyabr aksiyasını R.Mehdiyevin vəzifədən uzaqlaşdırılmasının qarşısının alınması üçün göstərişlə keçirildiyini də
iddia edib.
Asena,
BakuPost