Gürcüstanın paytaxtı Tiflisdə keçirilən növbəti etiraz aksiyasında 20-yə yaxın insan saxlanılıb.
Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Gürcüstan DİN bir daha etirazçıları yolu qanunsuz bağlamamağa və cinayət əməllərinə yol verməməyə çağırıb.(Axar.az)