Ru
22:06 / 22 Oktyabr 2025

"Qarabağ"ın futbolçusu avrokubokların tarixinə düşdü

"Qarabağ"ın futbolçusu avrokubokların tarixinə düşdü
Eye

"Qarabağ"ın futbolçusu Leandro Andrade avrokubokların tarixinə düşüb.

Bakupost.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi UEFA bayrağı altında keçirilən üç müxtəlif oyunun birinci dəqiqələrində qol vuran ilk futbolçu olub.

O, buna hazırda davam edən UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada "Atletik Bilbao" ilə oyunda fərqlənməklə nail olub.

Andrade daha əvvəl Avropa Liqasında İsveçin "Hakken" (2:1) klubu ilə oyunda, eləcə də Rumıniyanın "FCSB" komandası ilə matçda ilk dəqiqədə adını tabloya yazdırmağı bacarıb.

Qeyd edək ki, hazırda davam edən "Atletik Bilbao" - "Qarabağ" matçında hesab 1:1-dir.(Teleqraf)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar