19 oktyabr 2019 -cu ildə özünü “Milli Şura” adlandıran müxalif kəsim Bakıda razılaşdırılmamış aksiya keçirməyə cəhd etdi. 3 gün sonra, 23 oktyabr 2019-cu ildə Ramız Mehdiyev Prezident Administrasiyasından kənarlaşdırılıb, sovet KQB-sinin “arxa bağça”sı sayılan Elmlər Akademiyasına göndərildi. Bu iki tarix arasında bağlılıq varmı?
Bakupost.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, Milli Məclisin ikinci çağırış deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev bildirib.
“Əlahəzrət məntiq deyir ki, 19 oktyabrda Bakıda icazəsiz mitinq keçimək istəyi Mehdiyevin 23 oktyabrda vəzifədən uzaqlaşıdırlmasını əngəlləməyə hesablanmışdı.
Bu, o vaxt idi ki, Azərbaycan Vətən müharibəsinə hazırlaşırdı.
İlham Əliyev komandada təmizlənmə prosesini başlatmışdı”, - o bildirib.
Qeyd edək ki, Alqış Musayev Ramiz Mehdiyev PA rəhbəri olarkən onun siyasətinə kəskin etiraz etməsi və onu tənqidləri ilə tanınır. A.Musayev bu tənqidləri səbəbindən Mehdiyevin təzyiqi ilə 1997-ci ildən işlədiyi “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsindən 2008-ci ildə kənarlaşdırılmışdı. R.Mehdiyev PA-dan yola salınandan sonra A.Musayev də yenidən (2021-ci ildə) vəzifəsinə döndü.
Asena,
BakuPost