Avropa İttifaqının (Aİ) Ukraynadakı səfiri Katarina Maternova Rusiyanın hücumları səbəbindən gecəni vanna otağında keçirməli olub.
Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə səfir feysbuk səhifəsində paylaşım edib.
Diplomat ötən gecə qaldığı hotelin vanna otağının döşəməsində yatdığını bildirib.
“Fasiləsiz olaraq həyəcan siqnalı səslənirdi. Partlayışlar divarları silkələyirdi. Səhər pilates məşqim də baş tutmadı, çünki məşqçimin işə gəlməsi çox təhlükəli idi. Mən yalnız bir şey haqqında düşünürdüm: Yetər. Bəsdir bu müharibə!”, - Maternova yazıb.
Xatırladaq ki, oktyabrın 22-nə keçən gecə Rusiya Ukraynanın sənaye müəssisələrinə kütləvi hücum həyata keçirib.