Ru
16:33 / 22 Oktyabr 2025

Gələn ildən maaşımızdan vergi tutulacaq - Bu qədər ödəyəcəyik

Gələn ildən maaşımızdan vergi tutulacaq - Bu qədər ödəyəcəyik
Eye

Gələn ildən etibarən özəl sektorda çalışan şəxslər gəlir vergisinə cəlb olunacaq.

Belə ki, 2026-ci il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə çıxılacaq.

Bakupost.az xəbər verir ki, hazırda Azərbaycanda əməkhaqqı 200 manatdan çox olduqda: 6 manat + 10% DSMF ayırmaları tutulur. Bundan başqa, işçilər 0.5 % işsizlikdən sığorta haqqı, 2 % isə icbari tibbi sığorta haqqı ödəyir.

Layihəyə əsasən, üzərinə 3% gəlir vergisi də əlavə olunarsa və DSMF ayırmalarına tutulan hissə dəyişməzsə, vergidən tutulmalar aşağıdakı kimi olacaq:

Məsələn, aylıq maaşınız 1 000 manatdırsa;

Gəlir vergisi: 30 ₼

DSMF ayırmaları: 86,00 ₼

İşsizlikdən sığorta haqqı: 5,00 ₼

İcbari tibbi sığorta: 20,00 ₼

Tam əməkhaqqı: 859 ₼


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar