2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
Bakupost.az xəbər verir ki, sənəddə maraqlı məqamlardan biri də icbari tibbi sığorta fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə azalmasıdır.
2026-cı ildə büdcədən sözügedən istiqamətə 900 milyon manatın ayrılması nəzərdə tutulub ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 516 milyon 405 min manat və ya 36,5 faiz azdır.
Bu il üçün dövlət büdcəsində icbari tibbi sığorta fonduna ayrılan vəsaitin məbləği 1 milyard 416 milyon 405 min manat olub.
Bundan əlavə, “Tibbi sığorta haqqında” Qanunun 15-28.3-cü maddəsinə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən müştərək maliyyələşmə mexanizminin tətbiqinə başlanacaq.
Bu, o deməkdir ki, vətəndaş ilkin səhiyyə xidmətinə müraciət etmədən birbaşa ixtisaslı həkimə getsə, tibbi xidmətlərin dəyərinin bir hissəsini özü ödəməli olacaq.