Ru
11:27 / 22 Oktyabr 2025

Əsəd rejiminin işgəncə zindanında İran təbliğatı İZLƏRİ - VİDEO

Əsəd rejiminin işgəncə zindanında İran təbliğatı İZLƏRİ - VİDEO
Eye

Suriyanın Homs əyalətinin şərqində yerləşən Əl-Məxrəm bölgəsində Bəşər Əsəd rejimi dövrünə aid gizli yeraltı zindan aşkarlanıb.

Bakupost.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən məlumat verib.

Qeyd olunur ki, həbsxana polis reydi zamanı təxminən on gün əvvəl tapılıb. Qapalı dəmir qapılarla qorunan sığınacaqda süngər döşəklər, yun yorğanlar, işgəncə alətləri - o cümlədən dəyənəklər və kəndirlər tapılıb.

Ərazidə Əsəd rejimini dəstəkləyən silahlı dəstə üzvlərinə aid kitab və broşürlər, eləcə də İranın ali rəhbəri Əli Xameneinin şəkli olan nəşrlər də tapılıb. Yeraltı zindanın beş metr dərinlikdə yerləşdiyi və 40 metr uzunluğundakı tunellə bağlı olduğu bildirilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar