Ru
09:42 / 22 Oktyabr 2025

Rüfət Sultanov cinayət məsuliyyətinə cəlb edildi

Rüfət  Sultanov cinayət məsuliyyətinə cəlb edildi
Eye

Məhkəmə Ekspertiza Mərkəzinin keçmiş əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

Bakupost.az xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ədliyyə Nazirliyində aparılan daxili araşdırma nəticəsində müvafiq tədbir görülüb.

Belə ki, 03 iyul 2025-ci il tarixində öz ərizəsi ilə işdən azad edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Rüfət Sultanovun icraatında olan iş üzrə rüşvət almasına əsaslı şübhələr yarandığından, toplanmış materiallar ekspertin əməlinə hüquqi qiymət verilməsi üçün Ədliyyə Nazirliyi tərəfindən prokurorluq orqanlarına göndərilib.

Aparılmış istintaq hərəkətləri nəticəsində keçmiş ekspert R.Sultanov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar