Ru
23:40 / 21 Oktyabr 2025

Luvrda 7 dəqiqəyə 88 milyonluq oğurluq - Fotolar

Luvrda 7 dəqiqəyə 88 milyonluq oğurluq - Fotolar
Eye

Parisdə yerləşən məşhur Luvr Muzeyi oktyabrın 19-da baş vermiş oğurluq hadisəsi nəticəsində 88 milyon avro zərər görüb.

Bakupost.az xəbər verir ki, bu barədə bu barədə "France 24" məlumat yayıb.

Naməlum şəxslər muzeydəki təmir işlərindən istifadə edərək Aprel Qalereyasındakı otaqlardan birinə daxil olublar və Napoleonun zinət əşyalarından ibarət kolleksiyadan doqquz eksponatı oğurlayıblar.

Məlumata görə, oğurluq cəmi yeddi dəqiqə ərzində baş verib. Kolleksiyanın ən tanınmış eksponatı, çəkisi 140 karatdan çox olan "Rejent" almazı isə və yerində qalıb.

Fransanın daxili işlər naziri Loran Nyunesin sözlərinə görə, cinayətkarlar muzeyə tikinti nərdivanı vasitəsilə daxil olublar. Hadisə ilə bağlı üç və ya dörd şübhəli şəxs axtarışdadır.

Qeyd edək ki, Luvr dünyada ən böyük muzeylərdən biri sayılır və Parisin mərkəzində yerləşir. Muzeydə müxtəlif dövrlərə və bölgələrə aid 500 mindən çox tarixi eksponat saxlanılır.(Axşam.az)


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar