Ru
23:55 / 21 Oktyabr 2025

Sertifikasiyası olmayan 45 nəfər bu cərrahlardır - VİDEO

Sertifikasiyası olmayan 45 nəfər bu cərrahlardır - VİDEO
Eye

45 həkimin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərməsi aşkar edilib.

Bakupost.az xəbər verir ki, bunu “Xəzər xəbər”ə müsahibəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən ay 160 özəl tibb müəssisəsində plandankənar, 90 özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb.

Ən çox nöqsan sertifikasiya şəhadətnaməsi, lisenziyası olmadan və lisenziyadan kənar özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı olub.

Xəyalə Əliyeva deyib ki, yoxlamalar vətəndaş müraciətləri əsasında aparılır.

Analitik Ekspertiza Mərkəzinin rəsmisi qeyd edib ki, sertikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi müəyyən edilən 45 nəfər plastik-cərrahdır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar