Ru
21:10 / 21 Oktyabr 2025

128 saylı məktəbdən yanğınla bağlı AÇIQLAMA + YENİLƏNİB

128 saylı məktəbdən yanğınla bağlı AÇIQLAMA + YENİLƏNİB
Eye

Xəbər verdiyimiz kimi, Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbin ərazisində yanğın qeydə alınıb.


Bakupost.az apa-ya istinadən xəbər verir ki, yanğın məktəbin həyətyanı sahəsindəki kolluq ərazidə qeydə alınıb.


Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri tərəfindən ətrafa yayılmadan söndürülüb.

*****

128 nömrəli tam orta ümumtəhsil məktəbi yanğın xəbərləri haqda açıqlama yayıb.


“Təhsil müəssisəsində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.

Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub.

Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib. Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib”


***

20:36

Bakıda məktəbdə yanğın hadisəsi baş verib.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, yanğın Sabunçu rayonu, Maştağa qəsəbəsində 128 saylı məktəbdə qeydə alınıb.

Əraziyə FHN qüvvələri və polis əməkdaşları cəlb ediliblər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar