Ru
22:53 / 21 Oktyabr 2025

Biləsuvarda kişi qonşusunu bıçaqladı

Biləsuvarda kişi qonşusunu bıçaqladı
Eye

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

Bakupost.az xəbər verir ki, hadisə rayonun mərkəzində, Avtovağzal ərazisində baş verib.

Belə ki, rayonun Ovçubərə kənd sakini 1980-cı il təvəllüdlü Rüfət Xudaşükür oğlu Mikayılov həmkəndlisi 32 yaşlı İmanov Novruz Müstəcəb oğlu tərəfindən bıçaqlanıb.

Ağır xəsarət alan R. Mikayılov rayon xəstəxanasına hospitalizasiya olunub.

İlkin versiyada, hadisəyə səbəb həmkəndlilər arasında davam edən ədavət olub.

R. Mikayılovun Bakıdan gəlməsini eşidən qonşusu onu taparaq bıçaqlayıb. (APA)

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar