Ru
22:16 / 21 Oktyabr 2025

Nəsimidə sakinləri təngə gətirən YOL PROBLEMİ

Nəsimidə sakinləri təngə gətirən YOL PROBLEMİ
Eye

Nəsimi rayonu, Hənifə Ələsgərov, 11 ünvanında yaşayan sakinlər yol problemindən şikayətçidirlər.

Onların sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb. "Asfalt yararsız vəziyyətdədir. Xeyli vaxtdır ki, bu problemdən əziyyət çəkirik. Yol bərbad haldadır, gəlib baxan da yoxdur", - sakinlərdən biri söyləyib.

Başqa bir vətəndaş isə belə deyib: "Bura yağış yağan kimi gölməçələr əmələ gəlir. Uşaqlar məktəbə, bağçaya gedəndə çətinlik çəkirlər".

Problemlə bağlı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, müraciətə baxılıb, 2025-ci ilin sonuna qədər əraziyə asfalt örtüyünün vurulması planlaşdırılır.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar