Ru
23:29 / 21 Oktyabr 2025

Ermənistandan Türkiyə ilə bağlı gözlənilməz açıqlama

Ermənistandan Türkiyə ilə bağlı gözlənilməz açıqlama
Eye

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə ilə münasibətlər barədə diqqətçəkən açıqlama verib.

Bakupost.az Globalinfo-ya istinadən xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlama verib. Nazir bildirib ki, İrəvan və Ankara arasında heç bir ilkin şərt olmadan dialoq davam edir.

Mirzoyan vurğulayıb ki, liderlər, XİN rəhbərləri, xüsusi nümayəndələr və texniki qruplar səviyyəsində çox yaxşı dialoq var və artıq diplomatik münasibətlərin bərpasına maneə qalmayıb.

Erməni nazir həmçinin qeyd edib ki, sərhədlərin açılması və ticarət əlaqələrinin bərpası istiqamətində növbəti aylarda konkret irəliləyiş gözlənilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar