Bir müddətdən sonra Əbdürrəhman Vəzirov məsələ qaldırdı ki, Ramiz Mehdiyev nalayiq əməllərə yol verdiyinə görə Mərkəzi Komitənin üzvlüyündən xaric olunmalıdır.
Bakupost.az xəbər verir ki, sabiq baş nazir Həsən Həsənov APA-ya geniş müsahibəsində deyib.
“Həmin iclasda Vəzirov onun kadr siyasətində yol verdiyi çoxsaylı nöqsanları üzünə dedi. Cavabında Ramiz öz daxili dünyasına xas olan mənfi cəhətləri bir daha nümayiş etdirərək dedi ki, məni məsul vəzifəyə Heydər Əliyev təyin etməyib, buna Həsən Həsənovun köməyi ilə nail olmuşam. Aydın məsələdir ki, mən, sadəcə, onun namizədliyini irəli sürmüşdüm, təyin olunma qərarını isə təbiidir ki, məhz Heydər Əliyev vermişdi. Aradan keçən illər ərzində vəzifəsini 3-4 dəfə yüksəltmişdi. Ramiz Mehdiyev özü də bunu çox yaxşı bilirdi. Amma riyakarlığı bu iclasda bir daha açıq şəkildə üzə çıxdı, hamının gözü qarşısında taleyində Heydər Əliyevin oynadığı rolu inkar etdi. Mənim adımı çəkməyinin səbəbi isə həmin iclasda mənim Mərkəzi Komitənin katibi olaraq Rəyasət Heyətində oturmağım idi”, - o bildirib.