İslandiyada ilk dəfə ağcaqanadlar aşkarlanıb.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə məlumatı entomoloq Byörn Hyaltason yayıb.
Entomoloq deyib: "Oktyabrın 16-da axşam saatlarında qəribə milçək gördüm. Məndə dərhal onun nə olacağına dair şübhə yarandı. Tez onu götürdüm".
İslandiya Təbiət Tarixi İnstitutunun professoru Mattias Alfredson Byörnun üç ağcaqanad aşkarladığını təsdiqləyib. O bildirib ki, bunlar soyuğa güclü davamlılığı ilə seçilən "Culiseta annulata" növünə aid ağcaqanadlardır.