Ru
08:47 / 22 Oktyabr 2025

ABŞ İrana zərbə endirəcək? - Vitse prezident sualdan yayındı

ABŞ İrana zərbə endirəcək? - Vitse prezident sualdan yayındı
Eye

ABŞ İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə etmək niyyətindədir.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Di Vens İsrailə səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib.

O, "ABŞ-ın İrana qarşı növbəti zərbələri gözlənilirmi?" sualına birbaşa cavab verməkdən yayınıb.

"Bu gün heç bir açıqlama verməyəcəyəm. Birləşmiş Ştatlar prezidenti bizim İrana qarşı siyasətimizi açıq şəkildə ifadə edib. O, həqiqətən də çiçəklənən İran və iranlılarla yaxşı münasibət istəyir.

Lakin onların nüvə başlığı ola bilməz. Buna görə də biz İranın nüvə başlığına malik olmadığına zəmanət vermək üçün bütün diplomatik vasitələrdən tam istifadə etməyə çalışacağıq. Bu, bizim diqqətimizdədir. Və biz qeyri-müəyyən müddət ərzində buna diqqət yetirməyə davam edəcəyik", - vitse-prezident bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar