Ru
14:06 / 22 Sentyabr 2020

Bu il daha iki DOST Mərkəzi açılacaq

2034

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyevin rəhbərliyi ilə onlayn iclas keçirilib.

Bu barədə "BakuPost"a Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

İclasda Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, sədr müavinləri, müvafiq departament və şöbələrin rəhbərləri, o cümlədən DOST mərkəzlərinin memarlıq, planlaşdırma və tikinti işlərini həyata keçirən podratçı təşkilatların nümayəndələri iştirak ediblər.

İclasda Bakının Binəqədi və Nərimanov rayonlarını əhatə edəcək 4 saylı Bakı DOST Mərkəzi, Abşeron, Bərdə, Sumqayıt, Quba və Sabirabad DOST mərkəzləri ilə bağlı məlumatlar verilib. Podratçı şirkətlərin nümayəndələri işlərin icra vəziyyəti ilə bağlı hesabat veriblər. Qeyd olunub ki, bu ilin sonuna qədər 4 saylı Bakı DOST Mərkəzi və Abşeron DOST Mərkəzinin açılışı planlaşdırılır. Bu səbəbdən də işlərin plana uyğun olaraq icrasının zəruri olduğu vurğulanıb.

İclas mövcud vəziyyətin və qarşıda duran məsələlərin müzakirəsi ilə davam etdirilib.
Bu il daha iki DOST Mərkəzi  açılacaq
Bu il daha iki DOST Mərkəzi  açılacaq
Bu il daha iki DOST Mərkəzi  açılacaq
Bu il daha iki DOST Mərkəzi  açılacaq
Bu il daha iki DOST Mərkəzi  açılacaq
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər