Ru
15:38 / 26 Noyabr 2025

Bu küçənin yol hərəkətində dəyişiklik ediləcək

Bu küçənin yol hərəkətində dəyişiklik ediləcək
Eye

Nəqliyyatın idarə edilməsinin təkmilləşdirilməsi işləri çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin yenidən təşkili ilə bağlı layihə həyata keçiriləcək.

Bakupost.az xəbər verir ki, bu küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir.

Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsi istiqamətində nəqliyyat vasitələrinin düzünə hərəkəti zamanı nəqliyyat axınları 3 hərəkət zolağından 2 hərəkət zolağına keçmək məcburiyyətində qalır. Bu da yolun buraxıcılıq qabiliyyətini aşağı salır və sıxlığa səbəb olur.

Nəqliyyat vasitələrinin axıcılığının təmin edilməsi məqsədilə burada yeni layihə icra olunacaq.

Abbasqulu ağa Bakıxanov küçəsində zolaqların silinərək yenidən təşkil edilməsi ilə Səməd Vurğun küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər hərəkət zolaqlarının sayı 2-dən 3-ə çatdırılacaq. Əks istiqamətdə isə zolaqların sayı eyni saxlanılacaq.

Dəyişiklikdən sonra darboğaz effekti aradan qaldırılacaq, nəqliyyat vasitələrinin hərəkəti daha da asanlaşacaq.

Tətbiq ediləcək dəyişiklik barədə videoçarxda tanış ola bilərsiniz:


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar