Ru
14:01 / 26 Noyabr 2025

"Park Bulvar"da oğurluq - Pakistan vətəndaşı həbs olundu

"Park Bulvar"da oğurluq -  Pakistan vətəndaşı həbs olundu
Eye

Səbail rayonu, "Park Bulvar” Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib.

Bakupost.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəmədə baxılıb.

Məlum olub ki, Mustaq axşam saat 22:00 radələrində Səbail rayonu, "Park Bulvar” Ticarət Mərkəzində restoranların birində müştərinin telefonunu oğurlayıb. O, masanın üzərindən "Redmi” markalı mobil telefonları götürərək 400 manata H.G. adlı şəxsə ziyan vurub.

Oğurladığı telefonu satıb, pulunu xərclədiyini deyən Mustaq Muhammad ziyanı ödəyə bilməyəcəyini, əməlindən peşman olduğunu, bir daha heç bir qanun pozuntusu etməyəcəyini bildirib.

Məhkəmənin hökmü ilə o, 2 ay müddətdə həbs olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar