Ru
12:01 / 26 Noyabr 2025

Bakının bu ərazisində evlər plana düşdü

Bakının bu ərazisində evlər plana düşdü
Eye

Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqyaslı söküntü işləri yekunlaşdıqdan sonra daha bir ərazidə sökünütü işləri aparılacaq.

Bakupost.az xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, layihənin növbəti mərhələsi kimi Mirzə Fətəli Axundov, Mustafa Sübhi və Zərgərpalan küçələrində yerləşən yaşayış evlərinin sökülməsinə start veriləcək.

Ərazi üzrə ilkin qiymətləndirmə və texniki hesablama işləri artıq tamamlanıb.

Məlumata görə, söküntü planı Nizami metrosu istiqamətində olan tikililəri əhatə edəcək. Bu, bölgədə illərdir mövcud olan sıxlıq, infrastruktursuzluq və təhlükəsizlik problemlərini aradan qaldırmaq məqsədi daşıyır.

Evləri söküləcək sakinlərə kvadratmetr üçün 2700 manat kompensasiya təklif olunub. Sakinlərlə fərdi danışıqlar aparılıb və köçməyə razılıq verən vətəndaşlarla müqavilələrin bağlanmasına başlanılıb.

Layihənin icrasından sonra həmin ərazidə yeni binaların tikilməsi nəzərdə tutulmayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar