Ru
20:12 / 27 Oktyabr 2026

Dövlət Bağçalı: “Bu, siyasi məsələlərdən üstündür”

Dövlət Bağçalı: “Bu, siyasi məsələlərdən üstündür”
Eye

Azərbaycan və Türkiyə arasındakı qardaşlıq xalqların iradəsi və ortaq mübarizəsi nəticəsində möhkəmlənib, nəsillər boyu yaşadılıb.

"Bakupost" xəbər verir ki, bunu MHP sədri Dövlət Bağçalı Türkiyə Cümhuriyyətinin 103-cü, Türk respublikalarının müstəqilliyinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə yaydığı yazılı açıqlamasında bildirib.

Bağçalı Türk dünyasındakı fikir ayrılıqlarının dərinləşməsinə və ixtilafların daimi parçalanmaya çevrilməsinə imkan verilməməli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Türk dünyasının gücü qarşılıqlı etimadda, müstəqilliyə hörmətdə və ortaq məqsədlər ətrafında birliyin qorunmasındadır.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar