Ru
19:30 / 27 Oktyabr 2026

Əməkdar artist boşanmasından danışdı: "Şərt qoydu, mən də ailəmi seçmədim"

Əməkdar artist boşanmasından danışdı: "Şərt qoydu, mən də ailəmi seçmədim"
Eye

Əməkdar artist Nahidə Orucova ailəsinin dağılmasının səbəbinin qısqanclıq olduğunu etiraf edib.


"Bakupost" xəbər verir ki, aktrisa bu haqda “Sevilən səhər” proqramında danışıb. O bildirib ki, qarşısında ailəsi ilə sənəti arasında seçim etmək məcburiyyətində qalıb və sənətə üstünlük verib:

“Qarşıma məqsəd qoyuldu: ya ailə, ya sənət. Mən də sənəti seçdim. Mənə sərhədlər qoyurdu. Ailəmi, övladımı qurban verdim. Övladıma istədiyim diqqəti vermədim. Başım qarışmışdı sənətə.

Bizim dövrümüz elə idi ki, nə pulu, nə də fəxri adı düşünürdük. Deyirdik, sənəti elə zirvəyə çatdıraq ki, bizi elə oradan tanısınlar. İndiki cavanlar pulu düşünür. İki il işləyib deyirlər ki, fəxri ad verin. Heç olmasa, bizim keçdiyimiz yolun yarısını keçin”.

Qeyd edək ki, aktrisanın bir qız övladı var.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar