Ru
20:54 / 27 Oktyabr 2026

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək

Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Eye

Xəbər verdiyimiz kimi, dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə hökm oxunub. “Boz kardinal”a 14 il azadlıqdan məhrum etmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla cəzası şərti hesab edilib.

“Bakupost” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsi də yer alıb.

Mehdiyev Ramiz Ənvər oğlunun bütün dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi ilə bağlı xüsusi qərar qəbul edilib.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar