Ru
11:52 / 26 Noyabr 2025

Azərbaycanlı iş adamının əmlakı müsadirə edildi

Azərbaycanlı iş adamının əmlakı müsadirə edildi
Eye

Rusiyanın Krasnodar diyarında azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib.

Bakupost.az “Kommersant”a istinadən xəbər verir ki, diyarın Arbitraj Məhkəməsi Baş Prokurorluğun bununla bağlı iddiasını təmin edib.

Məhkəmənin qərarına əsasən, Ş.Novruzovun sahibi olduğu “Tuapse Dəniz Kommersiya Limanı” MMC və “Predpriyatiye TMKP” MMC-nin səhmlərinin 100%-i, həmçinin Temryuk Dəniz Yük Terminalı, “Dar Frut” MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib.

İş üzrə cavabdehlər qismində Novruzovla yanaşı, əmlakların hazırkı sahibləri - sahibkar Oleq Basin və Britaniya Vircin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited” şirkəti çıxış edib.

İstintaq aktivlərin 1994-cü ildən başlayaraq qanunsuz əməliyyatlar yolu ilə dövlət mülkiyyətindən çıxarıldığını hesab edib. Məhkəmə həmin obyektlərin dövlət mülkiyyətindən çıxarılması ilə bağlı bütün əməliyyatları ləğv edib.

Qeyd edək ki, Şahlar Novruzov bu ilin sentyabrında Rusiyada xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunaraq həbs edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar