Ru
09:26 / 26 Noyabr 2025

Ətə nəzarət gücləndi – AQTA xəbərdarlıq etdi – VİDEO

Ətə nəzarət gücləndi – AQTA xəbərdarlıq etdi – VİDEO
Eye

İctimai iaşə müəssisələrində mənşəyi məlum olmayan ət məhsullarının istifadəsinə qarşı nəzarəti gücləndirilib.

Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrinə, o cümlədən, restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edib.

Qurumdan bildirilib ki, son günlər aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb. Bu səbəbdən yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir.

Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.

Qeyd edilib ki, qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görüləcək.

Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar