Ru
10:50 / 26 Noyabr 2025

Arvadını bıçaqlayıb Çinə qaçdı – 2 gün sonra saxlanıldı

Arvadını bıçaqlayıb Çinə qaçdı – 2 gün sonra saxlanıldı
Eye

Noyabrın 24-də paytaxtın Xətai rayonunda həyat yoldaşına kəsici alətlə ağır xəsarət yetirərək ölkədən qaçan şəxs saxlanılıb.

Bakupost.az xəbər verir ki, aparılan araşdırmalar zamanı 1969-cu il təvəllüdlü Rüstəm İbrahimov hadisəni törətdikdən sonra ölkə ərazisini Türkiyə istiqamətində tərk edib və oradan da Çinə getdiyi müəyyən olunub.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Çin Xalq Respublikasının hüquq-mühafizə orqanları ilə birgə keçirdikləri tədbirlər nəticəsində R.İbrahimov Çinin Xianyang şəhərində saxlanılıb.

Hazırda onun Azərbaycana gətirilməsi üçün müvafiq tədbirlər görülür.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar